EN

Peter Siyarto: “ABŞ-nin sanksiyaları siyasi intiqamdır” – ÖZƏL

Macarıstanın Xarici İşlər naziri Peter Siyarto ABŞ-nin "Gazprombank"a tətbiq etdiyi sanksiyaları yalnız qeyri-dost addım kimi deyil, həm də Prezident Co Bayden administrasiyasının siyasi intiqamı olaraq dəyərləndirib. 

Olaylar.az xəbər verir ki, bu barədə nazir BMT Baş Assambleyasında jurnalistlərlə söhbətində bildirib.

Siyarto vurğulayıb ki, Bayden hökuməti bu sanksiyalar vasitəsilə Mərkəzi və Şərqi Avropanın bəzi ölkələrinə qisas almağa çalışır. "Bizə açıq şəkildə dedilər ki, bu addım siyasi səbəblərdən atılıb. Bu, qəbuledilməzdir, müttəfiqlər arasında belə davranışa yer yoxdur və bu, açıq siyasi intiqamdır," - deyə nazir qeyd edib.

Macarıstanın xarici işlər naziri əlavə edib ki, ABŞ-nin sanksiyaları müstəqil siyasət yürüdən ölkələri hədəfə alıb. Siyarto belə ölkələr arasında Macarıstan, Serbiya, Slovakiya və Türkiyəni qeyd edib. Bu dövlətlər Vaşinqtona kor-koranə tabe olmaqdan imtina edir və öz müstəqil siyasətlərini davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
6
olaylar.az

1Sources