EN

NATO Rusiya ilə müharibəyə hazırlaşır - Nazir müavini

NATO Rusiya ilə müharibəyə hazırlaşır.

Yenisabah.az "Komsomolskaya Pravda"ua istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

O əlavə edib ki, vəziyyyəti bu dərəcədə gərginləşdirməmək bütün tərəflərin maraqlarına cavab verə bilər:

“Rusiya mütəmadi olaraq birbaşa toqquşmalardan çəkinməyi nəzərdə tutan siyasi kurs həyata keçirir. Lakin göndərilən siqnallardan aydın olur ki, qarşı tərəf gücümüzü sınamaq niyyətindədir. Okeanın o tayında bizimlə hesablaşırlar. Ümumilikdə deyə bilərəm ki, NATO Rusiya ilə silahlı münaqişəyə hazırlaşır. Bütün bu risklər müdafiə sahəsində görülən tədbirlərin hamısında nəzərə alınır. Hadisələrin istənilən məcrada inkişafından asılı olaraq ölkəmizin təhlükəsizliyi təmin olunacaq”.


Telegram kanalımız
Chosen
14
7
yenisabah.az

10Sources