EN

Sədr: 1069 ailədə 2 nəfər TTK-dan yararlanıb

Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkanlardan faydalanmaq üçün yaş məhdudiyyətinin olmadığı, hətta 23 ailədə valideyn və övladlarla da daxil olmaqla, ümumilikdə 69 nəfərin, 1069 ailədə isə 2 nəfərin, ümumilikdə 2318 nəfərin tələbə adı qazanaraq TTK götürüb.

"Operativ Media” xəbər verir ki, bu sözləri Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri (v.m.i.e.) Bəhruz Əzimov deyib.

Təhsil tələbə kreditlərindən yararlanmış şəxslərin götürdükləri kreditləri geri qaytarmalarına dəstək olmaq məqsədilə, Fond tərəfindən görülən işlərə toxunan sədr, 3 il ərzində tələbələ və məzunlar üçün ödənişsiz təlimlərin təşkil olunduğunu, həmçinin onların müxtəlif təhsil forumları, iş yarmarkaları, karyera sərgilərində iştirak etmələrinə dəstək göstərildiyini, bu xüsusda onlarla gəncin işlə təmin edilməsinə nail olunduğunu bildirib:

“Məzunların işlə təmin olunmasına dəstək göstərmək üçün dövlət və özəl qurumlar ilə əməkdaşlıq əlaqələrinin qurulduğu, 30-dan çox müəssisə ilə Anlaşma Memordumlarının imzalandığı, beləliklə, 1000-dən çox tələbənin təlimlərə cəlb olunduğu, 600-dan çox tələbə və məzunun isə təcrübə proqramlarından yararlandıb”,- deyə o bildirib.

Chosen
18
2
operativmedia.az

4Sources