"Təhsil tələbə krediti hər tələbəyə bir dəfə verilir. Təkrar bakalavr təhsili almaq istəyən tələbələr ikinci dəfə bu imkandan yararlana bilməz".
Ölkə.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərin suallarını cavablandırarkən deyib.