Nigeriyada bombalı hücum: 3 nəfər ölüb
Nigeriyanın Niger əyalətində baş verən bombalı hücumlarda 3 nəfərin həyatını itirdiyi bildirilib.
Şiroro Yerli Rəhbərlik Şurasının sədri Akilu Kuta yerli mətbuata verdiyi açıqlamada Şiroro bölgəsinin müxtəlif nöqtələrində bombalı hücumlar həyata keçirdiyini bildirib.
Kuta hücumlarda 3 nəfərin öldüyünü, 5 nəfərin yaralandığını bildirib.
Hücumlara görə məsuliyyət daşıyanların hələ müəyyən edilmədiyini qeyd edən Kuta bölgə sakinlərinin qorxudan evlərini tərk etdiyini bildirib.
Nigeriya uzun müddətdir ki, müxtəlif bölgələrdə silahlı dəstələrin, həmçinin terror təşkilatları Boko Haram və ISWAP-ın hücumları ilə mübarizə aparır.
aia.az
Tərcümə şöbəsi