Rusiyanın Sankt-Peterbur şəhərinin Krasnoselski rayonunun icra başçısı Oleq Fadeenko 3 milyon rubl rüşvət alarkən saxlanılıb.
News24.az Lent.az-a istinadən xəbər verir ki, rüşvətin mühafizə şirkətini məmurun himayəsi ilə təmin edilməsi planlaşdırılıb. Rüşvət hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəzarəti altında icra başçısına ötürülüb. Vasitəçi Fadeenko ilə əvvəlcədən danışanda polis də işin içində idi.
Qeyd edək ki, cinayət işi Sankt-Peterburq İstintaq Komitəsi tərəfindən aparılır.