EN

Deputat təklif edir ki, 2 uşaq atası hərbi xidmətdən azad edilsin

İki uşaq atasının hərbi xidmətə çağrılmaması məsələsinə yenidən baxılmalıdır. Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. 
 
"Yaşın 30-a endirilməsi təqdirəlayiqdir. 35 yaşında ancaq həvskar şəxslər xidmət edə bilər. Həmçinin iki uşaq atasının xidmətə aparılmaması məsələsinə yenidən baxmaq lazımdır. Əvvəllər bu qayda var idi ki, 2 uşağı olan xidmətə çağrılmırdı. Nəzərə alaq ki, 2 uşağın saxlanılması dövlətə də bir köməkdir. Bunun maddi və mənəvi tərəfi də var. Bunları nəzərə almaq yaxşı olardı", - deputat dekabrın 20-də Milli Məclisdə çıxışı zamanı deyib. 
 
Bundan əvvəl  "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev də təklif edib ki, iki uşağı olan şəxslər hərbi xidmətə çağrılmasın.
 
Hazırda təqdim olunan yeni qanuna görə hərbi xidmətkeçmə yaşı 30 yaş təklif olunur. Eləcədə hazırkı qanuna görə üç uşağı olanlar hərbixidmət keçmə prosesindən azad olunur. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Chosen
6
anews.az

1Sources