EN

Gündə 8 saat yatmasanız, 20 il sonra belə görünə bilərsiz

Britaniyalı somnoloq yuxunun insan sağlamlığına və görünüşünə təsirini araşdırarkən, gündə yalnız 6 saat yatan şəxslərin 20 il sonra necə görünəcəyini kompüter modeli ilə nümayiş etdirib. Sophie Bostok yuxusuzluğun uzun müddət ərzində üz cizgilərinə necə təsir etdiyini göstərən təsirli bir foto paylaşaraq, insanların diqqətini çəkib.

Milli.Az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində gündə 8 saat yuxu almayan insanların dərilərində sallanma, qırışlar və göz altı qaralmalarının daha çox müşahidə olunduğu bildirilir. Bostok yuxusuzluğun uzun müddət davam etdiyi halda bu problemlərin zamanla daha da pisləşəcəyini vurğulayıb.

Bostok yuxu rejiminin cildin və ümumi sağlamlığın qorunmasında vacib rol oynadığını qeyd edir. Onun sözlərinə görə, hər gecə 7-8 saat yuxu insanın fiziki və zehni sağlamlığını qorumağa kömək edir, həmçinin dərinin gənc və təravətli qalmasına kömək edir.

Yuxu çatışmazlığına qarşı mübarizə aparmaq üçün sağlam yuxu rejimi qurmağın, düzgün qidalanmanın və stressdən uzaq durmağın vacibliyi vurğulanır. Bostok yuxusuzluğun sadəcə görünüşə deyil, həm də ümumi sağlamlığa ciddi təsir göstərə biləcəyini bildirir.

Beləliklə, gündə 8 saat yatmaq yalnız bədən sağlamlığını deyil, həm də gözəlliyi qorumağa kömək edir.

Asya
Milli.Az

Chosen
8
milli.az

1Sources