EN

Ərdoğandan SENSASİON Suriya HƏMLƏSİ: Dəməşqə gedir, Colani ilə görüşəcək – İsrail AYAQDA!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 gün ərzində Dəməşqə səfər edəcək.

Axar.az xəbər verir ki, belə bir iddianı Türkiyə mediası Dəməşqdəki mənbələrə əsasən yayıb.
Bildirilib ki, səfər çərçivəsində Ərdoğanın “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının lideri Əbu Məhəmməd Colani və Suriya türkmanları ilə görüşü gözlənilir.

Həmçinin, Türkiyə liderinə görə, Həma, Xüms və İdlib xətti boyunca həm havadan, həm də qurudan fövqəladə mühafizə qalxanı yaradılacaq. Türkiyəyə məxsus radarlar işə salınaraq bütün hava hərəkətliliyi nəzarətə götürüləcək.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi analitik Fikrət Yusifovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Chosen
8
musavat.com

1Sources