EN

Vağzal və stansiyalarda təhlükəsizliyə necə nəzarət olunur?



Azərbaycan Dəmir Yolları (ADY) vağzal və stansiyalarda təhlükəsizliyin və davamlı nəzarətin təmin olunması üçün kameralar vasitəsilə 24/7 rejimində müşahidə aparır.

Newscenter.az xəbər verir ki, videomüşahidə Mərkəzinin 800-dən çox kamerası Bakı Dəmiryol Vağzalını, Abşeron dairəvi, Bakı–Qəbələ, Bakı–Ağstafa marşrutları üzrə stansiyaları və digər strateji nöqtələri fasiləsiz nəzarətdə saxlayır.

Mərkəzin iş prinsipi hər hansı qanunazidd halların, baş verə biləcək təhlükəli hadisələrin öncədən müəyyən edilməsi, təcili tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara məlumat verməkdir. Bunlara misal olaraq sahibsiz əşyaların müəyyən edilməsini, obyektlərə kənar şəxslərin müdaxiləsinin qarşısının alınmasını göstərmək olar.

ADY sərnişin və yük daşımalarında təhlükəsizliyə tam nəzarəti təmin etmək məqsədilə stansiya və yollarda yeni müşahidə kameralarının quraşdırılması işlərini sürətlə aparır və bu kameralar mərkəzləşdirilmiş şəkildə Videomüşahidə Mərkəzinə inteqrasiya olunur.



Süleyman
Chosen
29
7
newscenter.az

8Sources