EN

Fariz Ismayılzadə Milli Məclisdə diplomatlarla bağlı çağırış etdi

Milli Məclisdə Azərbaycanın xarici ölkələrdəki diplomatlarının təhlükəsizliyinin təmin edilməsi təklif olunub.

XALQ.AZ xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Fariz İsmayılzadə parlamentin bugünkü plenar iclasında “Diplomatik xidmət haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı danışıb.

O qeyd edib ki, Vətən müharibəsindən sonra regionda yeni risklər yaranıb:

“Ölkəmizin rəqəmsal təhlükəsizliyinin qorunmasında zərurət yaranıb. Qarabağa qayıdış və yenidənqurma işləri fəal təbliğ olunmalıdır. Səfirlərimiz yeni ticarət əlaqələrinin güclənməsinə xüsusi diqqət yetirməlidirlər. Ona görə də, diplomatlarımızın təhlükəsizliyini, internet resurslarından istifadə ilə qayadaları ilə bağlı maddələrin də qanuna əlavə edilməsini təklif edirəm”.

Chosen
11
xalq.az

1Sources