EN

Sorğu: Putin Yunanıstanda ən populyar xarici siyasətçi olub

OPEN telekanalı MRB sosioloji şirkətinin sorğusunun nəticələrinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin 31,8% müsbət reytinqlə Yunanıstanda xarici siyasətçilər arasında ən populyar olub.

“Vladimir Putin xaricdə ən müsbət qiymətləndirilən dövlət başçısı kimi 31,8% müsbət reytinqlə birinci yeri tutur”, – TASS xəbər verir.

Populyarlıq baxımından ilk üçlüyə həmçinin Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp (29,8%) və Fransa prezidenti Emmanuel Makron (27,7%) daxil olub.

Ümumilikdə reytinqdə 11 dünya lideri təmsil olunub.

Eyni zamanda, respondentlər arasında ən az rəğbət Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan (mənfi qiymətləndirmələrin 80%-i), İsrailin baş naziri Benyamin Netanyahu (60,6%) və Vladimir Zelenski (60,4%) təşkil edib.

DOĞRU.AZ

Chosen
13
dogru.az

1Sources