EN

Arayikgilin işini bu hakimlər araşdıracaq

Xəbər verdiyimiz kimi, çoxsaylı cinayətlərin törədilməsində ittiham olunan erməni hərbi cinayətkarların işi məhkəməyə göndərilib.
“Apress.az ” ın əldə etdiyi məlumata görə, içlərində Arayik Harutyunyanın da adı olan 15 nəfərin işi artıq icraata götürülüb.
2548 epizoddan ibarət cinayət işləri Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılacaq. Onunla eyni tərkibdə hakimlər Camal Ramazanov və Anar Rzayev yer alır.
Zeynal Ağayev həm də Bakı Hərbi Məhkəməsinin sədridir. Peşəkar hakim bundan əvvəl Vaqif Xaçatryanın da işini araşdırıb.
İrihəcmli işdə dövlət ittihamçılarının sayı da çox olacaq.
Qeyd edək ki, sülh və insanlıq əleyhinə və digər xüsusilə ağır cinayətlərdə təqsirləndirilən ermənilərin hüquqları qanunun tələblərinə uyğun qorunur. Azərbaycan tərəfi onları vəkil və tərcüməçilərlə təmin edib, bütün iş materialları ilə tanış olmaları üçün şərait yaradılıb.
Bu cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsində istintaq olunub. Təqsirləndirilən şəxslərə yekun olaraq Cinayət Məcəlləsinin 24 maddəsi ilə ittiham irəli sürülüb. Bu maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir.

 

Chosen
8
10
apress.az

10Sources