EN

“Hürriyyət”in yazısına Yaşıllaşdırma Təsərrüfatı Birliyindən REAKSİYA – FOTOLAR / YENİLƏNİB

Xətai rayonu, NZS qəsəbəsi, İlqar Həbibov küçəsi 46 ünvanında yaşayan Eyvazov Muxtar Qənbər oğu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olmuşdu. Ərazidəki ağacların vətəndaşlar üçün təhlükə törətdiyini bildirən şikayətçi iddia edirdi ki, rəsmi qurumlar onların taleyinə biganə yanaşır:

“Əvvəlcə onu bildirim ki, yaşadığımız bina 10 ildir Fövqəladə Hallar Nazirliyi tərəfindən “kəskin qəzalı bina” statusu alıb. Bununla bağlı heç bir tədbir görülməyib.

Şəkildə gördüyünüz ağaclar barəsində isə 2 il əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktubla müraciət etmişik. Ağac çox kəskin şəkildə aşağı əyilmişdi. Müraciətimizdə bildirdik ki, ağac hər an aşa və istənilməyən qəza baş verə bilər.

Bizim yazılan məktubumuza, “ağaca sadəcə budanma edilə bilər”- deyə cavab verilmişdi.

1 ay öncə güclü yağışlar yağdığı zaman sözügedən ağac yağış suyundan islanıb, maşının üzərinə aşdı. Bir neçə dəfə İcra Hakimiyyətinə, JEK-ə şikayət etdikdən sonra ağacı gördüyünüz formada kəsdilər və atıb getdilər. O gündən bu günə kimi ağacları buradan aidiyyəti orqanlar gəlib aparmr”.

Qeyd edək ki, məsələ ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədovla əlaqə saxladıq. C.Məmmədov bildirdi ki, yaxın zamanda sakinləri narahat edən problemlər aradan qaldırılacaq.

Aynurə MUSTAFAYEVA

Hurriyyet.az

P.S. Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə yaratdıqdan az sonra ərazinin ağac budaqlarından təmizləndiyi haqda məlumat verildi.

Chosen
7
hurriyyet.az

1Sources