EN

Türk futbolçu karyerasını "İnter"də davam etdirə bilər

Mövsümün sonunda "Mançester Siti" ilə müqaviləsi başa çatan İlkay Gündoğan karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "İnter" Almaniya millisinin sabiq üzvünü heyətinə qatmaq istəyir. 

Milan klubu yayda azad agent statusunda olacaq 34 yaşlı yarımmüdafiəçini pulsuz rənglərinə bağlamağı planlaşdırır.

Qeyd edək ki, İlkay Gündoğan bu mövsüm "Mançester Siti"nin heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Qalatasaray"ın daha bir üzvü "Benfika"ya keçə bilər

“Çelsi”dən unikal nailiyyət

"Fənərbaxça"lıları həyəcanlandıran görüş: Aziz Yıldırım və Ali Koç

Dimarko Premyer Liqa nəhəngindən imtina edib

"Barselona"nın Yamal narahatlığı

Chosen
23
1
apasport.az

4Sources