EN

Özbəkistan iki Çeçenistan vətəndaşını beynəlxalq AXTARIŞA VERDİ – FOTO

Özbəkistan yerli məmurlara sui-qəsd cəhdi ilə bağlı iki Çeçenistan vətəndaşını beynəlxalq axtarışa verib.

İnterpress.az xəbər verir ki, bu barədə özbək mediası məlumat yayıb.

Özbəkistan İnterpol vasitəsilə Çeçenistandan olan iki nümunəvi ailə başçısını – Bislan Rasayev və Şamil Temirxanovu axtarışa verib.

Onlar Prezident Administrasiyasının informasiya siyasəti şöbəsinin keçmiş rəhbəri Komil Allamjonov və YAP-ın rəhbəri Dmitri Liyə qarşı sui-qəsd hazırlamaqda ittiham olunurlar.

Rasayev və Temirxanov Özbəkistana müxtəlif marşrutlar üzrə gəliblər. Biri Özbəkistan-Qırğızıstan sərhədini qanunsuz keçib, ikincisi isə “Dostlik” keçid məntəqəsindən keçib.

Özbəkistanın istintaq orqanlarının məlumatına görə, hər ikisi Allamjonovun və Qabaqcıl Layihələr üzrə Milli Agentliyin (NAPP) rəhbəri Dmitri Linin qətlinə görə onlara 1,5 milyon dollar təklif edən müştərilərin göstərişi ilə hərəkət ediblər.

İndi əsas məsələ Özbəkistanda çeçenofobiyanın qarşısını almaqdır. Xüsusən də heç kimi öldürmədikləri üçün çaşqınlıq yaranıb və dərhal beynəlxalq axtarışa veriliblər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
14
interpress.az

1Sources