EN

Saray qəsəbəsində yaşayış binasında yanğından xəsarət alanların vəziyyəti açıqlanıb - Yenilənib

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 20-də saat 12:30 radələrində Sumqayıt, Saray qəsəbəsi MTK ərazisindən yaşayış binasında partlayış baş verməsi səbəbilə çağırış daxil olub...

Bu barədə Poliqon-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.

“2005-ci il təvəllüdlü şəxs (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya edilib. Üzün, hər iki əlin, sağ budun yanığı diaqnozları təyin edilən şəxsə xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxs Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunur”, - deyə məlumatda qeyd edilib.

***

Abşeron rayonunun Saray qəsəbəsində yaşayış binasında başlayan yanğın məhdudlaşdırılıb.

"Report"un yerli bürosunun məlumatına görə, qəsəbədəki "Saray" MTK-ya daxil olan çoxmərtəbəli binanın yuxarı mərtəbəsində başlayan yanğın tam söndürülüb.

***

Abşeron rayonunun Saray qəsəbəsində yaşayış binası yanır.

“Report”un yerli bürosu xəbər verir ki, yanğın qəsəbədəki "Saray" MTK-ya daxil olan çoxmərtəbəli binanın yuxarı mərtəbəsində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları cəlb olunub.

Poliqon.info

Chosen
29
2
poliqon.info

10Sources