EN

Formula-1 komandalarının 2025-ci il mövsümü üçün YEKUN TƏRKİBİ

Yeni mövsümdə Formula-1 komandalarının bütün pilotlarının adları müəyyənləşib.

İdman.biz xəbər verir ki, son olaraq “Reysinq Bulls”un ikinci pilotunun Əlcəzair əsilli fransalı idmançı İsak Xadcar olacağı bilinib.

Yeni mövsümdə Formula-1 üzrə dünya çempionatı mərhələ yarışlarında 10 komanda qalib adı uğrunda mübarizə aparacaq.

2025-ci ilin Formula-1 komandalarının tərkibi:
1. “Maklaren” – Lando Norris, Oskar Piastri;
2. “Ferrari” – Şarl Lekler, Lyuis Hemilton;
3. “Red Bull” – Maks Ferstappen, Liam Louson;
4. “Mersedes” – Corc Rassel, Andrea Kimi Antonelli;
5. “Aston Martin” – Fernando Alonso, Lens Stroll;
6. “Alpin” – Per Qasli, Cek Duen;
7. “Haas” – Esteban Okon, Oliver Berman;
8. “Reysinq Bulls” – Yuki Sunoda, İsak Xadjar;
9. “Uilyams” – Aleksander Albon, Karlos Sayns;
10. “Kik-Zauber” – Niko Xylkenberq, Qabriel Botoleto.

Qeyd edək ki, 2025-ci ildə Formula-1 martın 14-16-da Avstraliya Qran-Prisi ilə start götürəcək. Azərbaycan Qran-Prisi isə sentyabrın 5-7-də keçiriləcək.

İdman.biz

Chosen
16
idman.biz

1Sources