EN

Almaniyada panika: Suriyalılar ölkədən gedərsə...

Suriyada 13 il əvvəl başlayan vətəndaş müharibəsindən qaçan 1 milyona yaxın suriyalı Almaniyaya sığınıb. Dekabrın 8-də Əsəd rejiminin devrilməsi ilə Almaniyadakı suriyalıların ölkələrinə qayıtma ehtimalı iqtisadiyyatda çaxnaşma yaradıb.

Publika.az xəbər verir ki, Suriyada Əsəd rejiminin devrilməsi ilə yeni dövr başlayır. 13 ildir davam edən vətəndaş müharibəsinin başa çatması ilə milyonlarla suriyalı qaçqın öz ölkələrinə qayıtmağa hazırlaşır. Avropada ən çox suriyalı qaçqına ev sahibliyi edən Almaniyada “Suriyalılar gedərsə” panikası başlayıb.

2014-cü ildən bəri təxminən 1 milyon suriyalıya ev sahibliyi edən Almaniyada qaçqınlar ölkə iqtisadiyyatının təməl daşına çevrilib. Almaniya Suriyada yeni dövrün başlaması ilə birlikdə qaçqınların qəfil geri qayıtmasından narahatdır.

Alman mətbuatında yer alan xəbərə görə, Almaniyada 213 mindən çox qeydiyyatdan keçmiş suriyalı çalışır, bu suriyalıların 80 mini işçi qüvvəsi çatışmazlığı olan peşələrdə işləyir.

Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, 75 min 500 suriyalı 2024-cü ilin ortalarına qədər Almaniya vətəndaşlığını alıb və vətəndaşlıq almadan əvvəl Almaniyada orta hesabla 6,8 il keçirib. Bu şəxslər hazırda Almaniya vətəndaşı olsalar da, bir çox suriyalı qaçqının vətəndaşlığı yoxdur.

Chosen
10
publika.az

1Sources