EN

“2022-2028 Dövlət Proqramı” məzunları ilə şəbəkələşmə görüşü keçirildi - Fotolar

Ötən gün Elm və Təhsil Nazirliyinin dəstəyi, Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə “2022-2028 Dövlət Proqramı məzunları ilə şəbəkələşmə görüşü” adlı tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirin keçirilməsində məqsəd 2024-cü il üzrə məzun olan proqram iştirakçılarının öncəki ilin məzunları və işəgötürən qurumlarla bir araya gətirilərək şəbəkələşməsinin həyata keçirilməsi olub.

Tədbirdə Elm və Təhsil Nazirliyinin rəsmiləri, Dövlət Neft Fondunun nümayəndələri, 30-a yaxın nüfuzlu dövlət və özəl sektor qurumunun nümayəndələri, 150-dən çox Dövlət Proqramı məzunu iştirak edib. 

Tədbirin açılış hissəsində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova cari ilin məzunlarını təbrik edib və gələcək karyera həyatlarında uğurlar arzu edib. 

Görüşdə iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli və Dövlət Neft Fondunun İcraçı direktorunun müavini Rövşən Cavadov məzunlara öz təbriklərini ünvanlayıblar. 






Chosen
10
3
qafqazinfo.az

4Sources