EN

BMT-dəki yeni daimi nümayəndəmiz: Eks-merin oğlu, məşhur şahmatçının əri

Tofiq Fuad oğlu Musayev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi təyin edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının əvvəlki Sərəncamı ilə Yaşar Teymur oğlu Əliyev Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Modern.az-ın məlumatına görə, Tofiq Musayev Bakı şəhərinin keçmiş meri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) ilk prezidenti mərhum Fuad Musayevin oğludur.

Tofiq Fuad oğlu Musayev bakalavr təhsilni hüquqşünaslıq ixtisası üzrə alıb.

2003 - 2004-cü illərdə Böyük Britaniyanın tanınmış Esseks Universitetində magistr təhsilinə yiyələnib. O, 2004 - 2008-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ilin sentyabrından isə Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəliyinə təyinat alan Tofiq Musayev daimi nümayəndənin müavini vəzifəsini tutub.

Chosen
17
8
demokrat.az

10Sources