EN

"Əsəd hökuməti İran tərəfindən idarə olunmurdu" - Əraqçi

Suriyada Bəşər Əsəd hökuməti müstəqil qərarlar verirdi və İran tərəfindən idarə olunmurdu.

Adalet.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al Ghad” telekanalına müsahibəsində deyib.

Nazir həmçinin qeyd edib ki, İranın Suriyaya dəstəyi konkret bir şəxsə dəstək deyil: "Daha çox Suriya xalqına dəstək və Suriya Ərəb Respublikasının suverenliyi və ərazi bütövlüyünü İsrailin, eləcə də terrorçu qrupların təcavüzü qarşısında müdafiə etməkdir. İranlı müşavirlərin Suriyada olması İŞİD və digər terror qruplaşmalar ilə mübarizə zərurətindən olub". 

Chosen
10
1
adalet.az

2Sources