EN

QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

Bakı. Trend:

19 dekabr 2024-cü il tarixində onlayn formatda Qara Dənizİqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər NazirləriŞurasının 49-cu iclası keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, iclasdaAzərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyeviştirak və çıxış edib.

Qeyd edilib ki, Yalçın Rəfiyev çıxışında Azərbaycanın QDİƏT-intəsisçi üzvü kimi Təşkilat çərçivəsində qarşılıqlı maraqlaraəsaslanan əməkdaşlığın gücləndirilməsinə daim töhfə verdiyini vəölkəmizin Təşkilatın daha nəticəyönümlü və praktik əməkdaşlıqplatformasına çevrilməsi zərurətini dəstəklədiyini vurğulayıb.

"Azərbaycanın Orta Dəhliz vasitəsilə regionun tranzitpotensialını artırmaq və təhlükəsiz nəqliyyat marşrutları yaratmaqistiqamətində fəaliyyəti, yaşıl enerji sahəsində Avropaya ixracınartırılması və Qara Dəniz Sualtı Kabel layihəsi vasitəsilə enerjiötürülməsi ilə bağlı əldə olunan nailiyyətlərdən bəhs olunub.

Cari ilin 11-23 noyabr tarixlərində Bakıda keçirilmiş BirləşmişMillətlər Təşkilatının İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) çərçivəsindəAzərbaycanın beynəlxalq iqlim gündəliyinin irəlilədilməsində əldəetdiyi mühüm uğurlar, xüsusən də iqlim maliyyəsinin artırılması vəkarbon bazarlarına dair razılaşmalarla bağlı irəliləyişlər diqqətəçatıdırılıb.

2025-ci ildə QDİƏT çərçivəsində işçi qruplarının fəaliyyətiningücləndirilməsi və üzv dövlətlər arasında sahəvi əməkdaşlığıngenişləndirilməsinin Azərbaycanın əsas prioritetlərdən biri olacağıqeyd olunub, bu istiqamətdə üzv dövlətlər birgə qarşılıqlıfəaliyyətə dəvət edilib.

Tədbirin yekununda hazırki iclasın protokolu, bir sıra vacibqərarların qəbulu ilə yanaşı, 2025-ci ilin birinci yarısı üçünsədrlik Azərbaycan Respublikasına təhvil verilib", - məlumatdadeyilir.

Chosen
23
28
az.trend.az

10Sources