EN

Amerikanın AZTV qorxusu...


...Və ya qrant qaçaqçılığını himayə Qərbə nə verir?!

 
Dünya gücləri gizli və açıq dəstək verdiyi "erməni maşası" ilə düz otuz il Qarabağı işğalda saxladı. Dəqiq bilirdilər,
-Qarabağın azadlığı, Qədim İpək Yolunun bərpası deməkdir...
-Qədim İpək Yolu açılırsa, onun böyük hissəsi Azərbaycan ərazisinə düşür ki, bu da "dünya öz qərarlarında, Azərbaycanla hesablaşmalıdır" anlamına gəlir...
-Dünyanın Azərbaycanla hesablaşması onun güc olaraq qəbullanması deməkdir. Bunu isə türk və müsəlman faktoruna görə, bəzi güclər həzm etmirlər...
Çünki, belə olan halda, Azərbaycan gücə çevrilən türk-müsəlman eposunun əsas dööcləti olur, dünyaya Turan və TDT lideri kimi təqdim edilir. Əlavə olaraq, Azərbaycan mövcud olduğu coğrafiyada, Cənubi Qafqazda da lider olur. Bu liderlik ona öz ərazisindən keçən bütün yollara sahiblik hüququ verir. Yəni Azərbaycan, öz tarixi ərazisindəki daşınmalara həm cavabdeh, həm məsul, həm də payçı olur. Beləcə iki yüz ildən çox əzməyə çalışdıqları ölkəyə uzun mübarizə nəticəsində, dünya güclərinin məcburiyyəti yaranır.

***

İndi həm Avropa, həm də Amerika inkişafına şərait yaratmağa məcbur qaldığı Azərbaycana başqa formatlarda hücumlar təşkil edir. Onu ictimia, siyasi, media, QHT yönlərindən "vurmağa" çalışır. Bu proseslər arasında ən təhlükəlisi informasiya və QHT-lər üzərindən savaşdır.
Ancaq Avroittifaqda korrupsiya qalmaqalı, "Erməni doatlürı" qrupunun ifşası göstərdi ki, Azərbaycan ABŞ-nin və Avropanın müəmmalı oyunlarından da xəbərdar olmağı bacarır. Odur ki, Azərbaycanın
-Gürcüstandakı QHT oyunundan;
-Pribaltika ölkələri üzərində illeqal para daşınmasından;
-Polşadakı bəzi universitetlərdə türk dünyası, Azərbaycan əleyhinə yetişdirilən və bəzisi müəyyən yerlərdə yerləşdirilən kadrlardan;
-Bakıda formalaşdırdığı küçə mediasından;
- Saxladığı qrant blogerlərindən;
-USAİD-in ayırdığı kəşfiyyat qrantlarından;
-ABŞ səfirliyinin bəzi ziyafətlərdən sonra konkret şəxslərə etdiyi şirnikləndirici təkliflərindən;
-Media və QHT sektorundakı "verbovka" sirlərindən xəbəri var.
...Və bu "namərdlik diplomastiyası" haqda məsələıəri öz efirini daşıyan dövlət tribunasından, AZTV-dən də Avropa kimi, Qərbin də ciddi narahatlığı var.

Əks halda ABŞ səfirliyi 2024-cü il, dekabrın 19-da, AZTV-də "Azərbaycanın "yox" cavabı ABŞ-ı silkələdi: Vaşinqtondan Bakıya qarşı "namərd diplomatiya"" mövzusu ilə yayınlanan reportaj ciddi qıcıq yaratmazdı. Çünki Amerika diplomatları hamıdan dəqiq bilir, hansısa “jurnalist" və ya "bloqqerin" həbs edilməsinin səbəbi onun işi deyil, əməlində cinayət tərkibinin olmasıdır. Əslində Amerikanı qıcıqlandıran, bu əməllərə həmin şəxsləri, təhrik etməsinin, üzə çıxaması. Bu məsələdə ciddi "zədələməyə" çalışdığı AZTV-də dövlət və milli mövqe görməsi isə bu qıcığı ikiqat artırır.

Bunu müəllif olaraq tək mən demirəm, Azərbaycanda bu sektorun öncüllərindən olan, hazırda parlament üzvü kimi siyasi fəaliyyətini davam etdirən deputat Azay Quliyev sosial şəbəkə profilində yazır:

"...Müdafiə etdiyiniz şəxslərin törətdiyi cinayət tərkibli əməllərlə bağlı təkzib edilməz faktlar və sübutlar var. Özlərinin etirafları və səsyazıları mövcuddur. Azərbaycan dövləti qrant verilməsi sahəsində şəffaflığı və hesabatlığı artırandan sonra, Avropa İttifaqının və ABŞ-ın siyasi dairələri çox narahat oldular, onlar indi özlərinin yaratdığı QHT şəbəkəsinə qapalı şəkildə qrant verib, milli maraqlarımızın əleyhinə istifadə edə bilmirlər. Gürcüstanda QHT-lərdən ibarət yaratdıqları və tam gücü ilə istifadə etdikləri təzyiq mexanizminin, xaos şəbəkəsinin Azərbaycanda varlığına son qoyulması ilə razılaşmırlar. Hətta 2015 və 2016- cı illərdə USAİD-in Bakı ofisi QHT Şurasının bank rekvizitlərindən istifadə etməklə müstəqil hesab açıb istədikləri maliyyəni şəffaf şəkildə müəyyən etdikləri QHT-lərə verilməsinə şərait yaradcağımız haqqında təklifimizi qəbul etmədilər. Niyə? Çünki onların qorxduğu ən birinci məsələ qrant layihələrinin əsl mahiyyətinin və həyata keçirmək istədikləri çirkli planların ifşa olunmasıdır".

Bu deyilənlərdən sonra, ABŞ səfirliyinin qrant qaçaqçılığı ilə məşğul olanları himayə etməsinə də, dövlətin tribunası olan AZTV-nin fəaliyyətindən narazı olması da təbii haldır. Hətta bu xof dolu narahatlıq qürur verir.

***

Və AzərbaycanPrezidenti İlham Əliyev də söylədiyi kimi: Ölkədə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr arxada qaldı. Hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi qrant qeydiyyatdan keçməli, bu qarantlara ehtiyacın olub-olmamsına yalnız Azərbaycanın müvafiq orqanları qərar verməlidir".
Chosen
6
2
musavat.com

3Sources