EN

Putin Rusiyada 2025-ci ili belə adlandırdı

Gələn il Rusiyada “Vətənin müdafiəçisi ili” elan olunacaq.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Prezidenti Vladimir Putin Dövlət Şurasının iclasında bildirib.

 

O, 2025-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinin qeyd olunacağını xatırladıb.

 

“Bununla əlaqədar olaraq, xüsusi hərbi əməliyyat iştirakçılarının şərəfinə və bütün əcdadlarımızın şücaətlərinin xatirəsinə 2025-ci ilin “Vətən müdafiəçisi ili” elan edilməsini təklif edirəm”, - Putin qeyd edib.

Chosen
20
5
sfera.az

8Sources