Rusiya prezidenti Vladimir Putin jurnalistikaya və media sahəsindəki fəaliyyətinə görə "RT" kanalının baş redaktoru Marqarita Simonyanı "Vətənə Xidmət" ordeni ilə III dərəcə üzrə təltif edib.
Musavat.com xəbər verir ki, bu barədə müvafiq fərman Rusiya hüquqi məlumatlar portalında dərc edilib.
Məlumatda bilirilir ki, mükafat “yerli jurnalistikanın inkişafına böyük töhfəyə görə”, həmçinin “ictimai əhəmiyyətli tədbirlərin hazırlanmasında və keçirilməsində fəal iştirakına görə” təqdim edilib.
Qeyd edək ki, Marqarita Simonyan 2005-ci ildən (kanalın təsis edildiyi ildən) etibarən "RT" televiziya kanalının baş redaktorudur. 2013-cü ildən “Rossiya Seqodnya” agentliyinin, 2014-cü ildən isə “Sputnik” agentliyinin baş redaktorudur.
2022-ci ilin sonunda Putin Simonyanı “Şərəf” ordeni ilə təltif edib.
Musavat.com