EN

“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Başkatibi Asset Assavbayev Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbərverir ki, məktubda deyilir:

"Zati-aliləri.

Hörmətli İlham Heydər oğlu.

İcazə verin, "TRACECA" Hökumətlərarası Komissiyasının DaimiKatibliyi adından və şəxsən öz adımdan Sizə olan dərin ehtiramımıbildirim, doğum gününüz münasibətilə səmimi təbriklərimiçatdırım.

Sizin müdrik rəhbərliyiniz və Azərbaycan Respublikasınınçoxşaxəli inkişafına dair kompleks yanaşmanız ölkənin beynəlxalqaləmdə mövqeyini möhkəmləndirməkdə davam edir. Azərbaycanındanılmaz nailiyyətləri, o cümlədən BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına(COP29) uğurlu sədrliyi, ölkənin həyatın bütün sahələrində qlobalçağırışların həllinə verdiyi konstruktiv töhfə Sizinuzaqgörənliyinizin və respublikanın gələcək inkişafına, xalqınızınrifahına və firavanlığına yönəlmiş səylərinizin göstəricisidir.

"TRACECA" Hökumətlərarası Komissiyasının Daimi Katibliyi ölkəniniqtisadi potensialının genişləndirilməsinə, nəqliyyat sektoru dadaxil olmaqla çoxsaylı istiqamətlərdə regional və beynəlxalqəməkdaşlığın inkişafına yönəlmiş məqsədyönlü və nəticəyönümlüfəaliyyətinizi yüksək dəyərləndirir.

Fürsətdən istifadə edərək, regionlararası əlaqəliliyin, ocümlədən Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizivasitəsilə daha yaxşı şəraitin yaradılmasına sarsılmazsadiqliyinizə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümübildirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, rifah, tükənməzenerji və yeni nailiyyətlər diləyirəm.

Yorulmaz səyləriniz və əməyiniz Sizə, Sizin simanızdayaxınlarınıza və Azərbaycan xalqına uğur və firavanlıqgətirsin!".

Chosen
22
4
az.trend.az

5Sources