EN

48 dəst medal sahibini satdı

Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub.

Fanat.Az xəbər verir ki, yarışda 35-dən çox klub və nümayəndəliklərdən 300 yaxın karateçi 48 dəst medal uğrunda öz qüvvəsini sınayıb.

Qaliblər AKF və Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medallarla mükafatlandırılıblar. Mükafatları idmançılara AKF-in vitse-prezidentləri Füzuli Musayev, Rəhman Hətəmov, Allahverdi Rüstəmov, federasiyanın baş katibi Qabil Sayadov, Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədov və ənənəvi karate üslubunun rəhbəri Əhməd Əfəndi təqdim ediblər.

İlk üç yeri tutmuş idmançılar ənənəvi karate üslubu üzrə milli komandanın tərkibinə cəlb olunacaq. Onlar 2025-ci ildə keçirləcək dünya və Avropa çempionatlarında ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, komanda hesabında medalların sayına görə, Fudokan 1-ci yeri, Qarabağ Karate Klubu 2-ci yeri, FHN - İdman sağlamlıq Mərkəzinin karateçiləri isə 3-cü yeri tutublar.

Chosen
7
5
fanat.az

7Sources