EN

"Karvan - L" işçi axtarır - VAKANSİYA

Karvan - L

Yuyucu maddələr üzrə kimyaçı-texnoloq

Son tarix 20 yan 2025 - [email protected]

Tələblər:

  • Minimum bakalavr dərəcəsi;
  • 3 ildən artıq iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan (Rus dili arzuolunandır) dilini peşəkar səviyyədə bilmək;
  • Microsoft office proqramlarında sərbəst işləmək bacarığı;
  • 6 günlük iş rejimi;
  • Əmək haqqı razılaşma əsasında. 

Vəzifə öhdəlikləri və bilməlidir:

  • İqtisadi cəhətdən əsaslandırılmış texnoloji proseslərin işlənib hazırlanmasını, tətbiqini və müəssisənin məhsul buraxılışı rejimlərini işləyib hazırlayır;
  • İstehsalatın texnoloji hazırlığını və texniki cəhətini təşkil edir;
  • Sexdə texnoloji təlimatların, texniki şərtlərin, istehsal prosesində istifadə olunan xammal və materialların sərf normalarının işlənməsində iştirak edir və onların yerinə yetirilməsini nəzarətdə saxlayır;
  • Xammala,materiala, əmək sərfinə qənaəti təşkil edir;
  • Məhsulun, işlərin(xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejiminin təşkili, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verməsinə nəzarət edir;
  • Məhsul hazırlayan istehsal sahələrinin, texnoloji avadanlıqların istehsal güclərinin hesabatlarının aparılmasında yaxından iştirak edir;
  • Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnolojı sənədləşdirmənin hazırlanmasını, sexlərin, sahələrin və digər istehsalat bölmələrinin onlarla təmin edilməsinə nəzarət edir;
  • Zavod və sexlərdə keyfiyyət müşavirələrində iştirak edir, işlərin vaxtı-vaxtında yoxlanılması işlərini nəzarətdə saxlayır;
  • Məmulatın hazırlanması, elm və texnikanın nailiyyətlərinin texnologiyanın tətbiqini həyata keçirir;
  • Texnoloji sistemlərin layihələşdirilməsi, istehsalat kompleksinin avtomatlaşdırılmasını təşkil edir;
  • Zay və keyfiyyətsiz məhsul buraxılışının və istehsal qəzaları səbəblərinin araşdırılmasında və məhsulların keyfiyyətinin yaxşılaşdırılması, qəzaların qarşısının alınması tədbirlərinin hazırlanmasında fəal iştirak edir;
  • Müasir texnologiyalardan, həmçinin ölçü və analitik aparatlardan istifadə edərək laboratoriyanın profilinə uyğun tədqiqatları aparır;
  • Laboratoriya tədqiqatları aparmaq üçün iş yerini təşkil edir;
  • Aparılmış tədqiqatların nəticələrini təhlil edir, onları qeydə alır, aidiyyəti uçot-hesabat sənədlərini hazırlayır;
  • Tədqiqatların keyfiyyətinə laboratoriyadaxili və xarici nəzarəti həyata keçirir;
  • Görülən işin nəticələrinə əsasən tədqiqatların səmərəliliyinin və keyfiyyətinin artırılması üzrə təkliflər verir;
  • Laboratoriya tədqiqatlarının keyfiyyətinə nəzarətin təşkilini, onların keçirilmə qaydalarını və əsas tələblərini bilir.

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Son Müraciət Tarixi: 20 Yanvar 2025-ci il.

İş yeri: Nobel prospekti.

Chosen
40
fed.az

1Sources