EN

“Bavariya”dan darmadağın - Video

Almaniya Bundesliqasında 15-ci tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Bavariya” öz meydanında “Leypsiq”i qəbul edib. Qarşılaşma Münhen təmsilçisi 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı ilk dəqiqədə “Bavariya”nın gənc ulduzu Camal Musiala açıb. Bir dəqiqə sonra “Leypsiq”in hücumçusu Benjamin Şeşko komandasının yeganə qolunu vurub. 25-ci dəqiqədə Konrad Laymer meydan sahiblərini hesabda irəli çıxarıb.

Matçın 36-cı dəqiqəsində “Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmix də qonaqların qapısına yol tapıb. 75-ci dəqiqədə hücumçu Leroy Zeyn Münhen klubunun 4-cü qoluna imza atıb. Üç dəqiqə sonra “Bavariya”nın müdafiəçisi Alfonso Devis rəqiblərin qapısınıdan 5-ci topu keçirib.

Qeyd edək ki, “Bavariya” Almaniya çempionatının turnir cədvəlində birinci yerdədir. Vinsent Kompaninin komandası 15 matçda 36 xal toplayıb. “Leypsiq” 27 xalla 4-cü yerdə qərarlaşıb.

Chosen
40
qafqazinfo.az

1Sources