EN

Bu ölkə "TikTok" və "Telegram"ı qadağan edilə bilər

Moldova hakimiyyəti "TikTok" sosial şəbəkəsi və "Telegram" mesencerinin ölkədəki seçkinin nəticələrinə təsir etmək üçün istifadə olunacağı halda, onlardan istifadəni qadağan edə bilər.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə Moldova parlamentinin spikeri İqor Qrosu "TV8" telekanalında bildirib.

O, Avropa İttifaqında belə platformaların fəaliyyətinin tənzimlənməsinin zəruriliyi ilə bağlı müzakirələrin getdiyini də diqqətə çatdırıb.

"Əgər görsək ki, bu platformalar bizim sorğularımıza cavab vermir və seçkinin nəticələrinə təhlükə yaranır, o zaman dövlət müdaxilə etməyə borcludur", - deyə Qrosu bildirib.

Chosen
19
11
musavat.com

10Sources