EN

“LukOyl” benzin əvəzinə su satır? - VİDEO

“LukOyl Azərbaycan”a məxsus yanacaqdoldurma məntəqələrində benzinin tərkibinə su qatıldığı bildirilir. 

 

Pravda.az xəbər verir ki, bu barədə avtotəmir məntəqəsində çəkilən video sosial şəbəkələrdə yayılıb. 

 

Belə ki, avtomobil ustası eyni problemlə təmirə gətirilən iki avtomobilin çənindən çıxan benzinin tərkibinə su qatıldığını göstərib. 

 

Avtomobil sürücüsü benzinin “LukOyl Azərbaycan”a məxsus olduğunu deyib. 

 

Pravda.az məsələ ilə bağlı “LukOyl Azərbaycan”ın baş ofisi ilə əlaqə saxlayıb. Şirkətin mediaya məsul şəxsləri telefona cavab verməyiblər. Zənglərə cavab verən əməkdaş isə bildirib ki, növbəti həftə şirkətə müraciət ediləcək.

 

Aytəkin Qardaşova 

 

Tarix: 21 Dekabr 2024, 08:35   
Chosen
141
21
pravda.az

10Sources