EN

ABŞ-da yaşayan soydaşımız yüksək vəzifəyə təyin edilib

ABŞ-də yaşayan soydaşımız, Meyn Azərbaycan Cəmiyyətinin rəhbəri, Amerika Azərbaycan Təşkilatları Alyansının üzvü Tərlan Əhmədov yüksək vəzifəyə təyin olunub. O, qubernator Janet T. Mills tərəfindən Meyn ştatının Qubernatorluğunun Siyasət İnnovasiyası və Gələcək İdarəsi yanında Yeni Amerikalılar Ofisinin (Office of New Americans) birinci direktoru təyin edilib.

Məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi verib.

Tərlan Əhmədov bundan öncə Meyn Əmək Departamentində ştat üzrə məşğulluq proqramlarına nəzarət edib, Qaçqınlar və İmmiqrasiya İdarəsində rəhbər vəzifədə çalışıb, Qaçqınların Məskunlaşması Federal Proqramının koordinatoru olub.

Tərlan Əhmədovun yeni təyinatı ilə bağlı məlumat ştatın rəsmi internet səhifəsində də dərc olunub. 

 

P.ƏMİRCANOV

XQ

 

 

Chosen
9
12
xalqqazeti.az

10Sources