EN

Azercell-in dəstəyi ilə daha bir “İnformatika Düşərgəsi” baş tutub

Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub. 

Düşərgə  Avropa Qızlar İnformatika Olimpiadası, Yeniyetmələrin Avropa İnformatika Olimpiadası və Beynəlxalq İnformatika Olimpiadası kimi mötəbər müsabiqələrə hazırlaşan məktəbliləri bir araya gətirib. Təlimlərdə Bakı və ölkəmizin müxtəlif bölgələrindən Respublika Fənn Olimpiadalarının qalibləri arasından seçilən 8-9-cu sinif şagirdləri iştirak edib. 

Bir həftəlik intensiv proqram çərçivəsində iştirakçılar hər gün beynəlxalq olimpiadaların formatına uyğun yarışlara qoşulublar. Həmçinin sessiyalar zamanı təqdim olunan məsələlərin izahı aparılıb və yeni mövzular ətrafında müzakirələr keçirilib.

Xatırladaq ki, 2017-ci ildən etibarən məktəblilərimizin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgə və paytaxt məktəblərində təhsil alan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 80 medal qazanıblar.

“Azercell Telekom” MMC haqqında ətraflı məlumat üçün Azercell səhifəsinə keçid etməyinizi xahiş edirik.


Telegram kanalımız
Chosen
25
20
yenisabah.az

10Sources