EN

Xocalının küçələrinə işıq çəkiləcək

Xocalı rayonu Ballıca kəndi və Ağdərə rayonu Həsənriz kəndinin küçələrinə işıq dirəkləri quraşdırılacaq.

Ölkə.az xəbər verir ki, bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Belə ki, rayonun Ballıca kəndinin küçələrinə işıq dirəklərinin quraşdırılması işləri aparılacaq. Xocalının Ballıca kəndi ilə yanaşı, Ağdərə rayonu Həsənriz kəndinin də küçələrinin işıqlandırılması üçün işıq dirəkləri quraşdırılacaq.

Məlumata görə, artıq bununla bağlı "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi hazırlıq işlərini yekunlaşdırıb.

Qurum işğaldan azad olunmuş ərazilərdə sözügedən işlərin icrasını "Enerji İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və onunla dəyəri 353.619,8 AZN (353 min 619 manat 8 qəpik) olan müqavilə bağlayıb.

Qeyd edək ki, "Enerji İnşaat” MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Musayev Abubəkir Əlimurad oğludur.

Xatırladaq ki, Xocalı rayonunun Ballıca kəndi şəhər mərkəzindən 10.6 km metr məsafədə yerləşir. Kənd Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan alıb.

Kənd 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. 2023-cü ildə sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ballıca kəndi işğaldan azad edilib.

Ağdərə rayonunun Həsənriz kəndi isə Tərtərçayın sol sahilində yerləşir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğalı edilib. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Həsənriz kəndi Azərbaycanın nəzarətinə qayıdıb.

Chosen
28
17
olke.az

10Sources