EN

Qara Fironların gizli piramidaları

Piramida deyəndə Misir yada düşür. Lakin dünyanın ən böyük piramida kolleksiyası əslində başqa, daha az ziyarət edilən ölkəyə məxsusdur.

Lent.az xəbər verir ki, sərhədlərində 220-dən 255-ə qədər piramidanın olduğu Sudan siyahının başındadır. Misirdə tapılanlardan daha kiçik olan Sudan piramidaları qədim Kuşi krallığının hökmdarları tərəfindən tikilib. Onlar Qədim Misiri idarə edərək Qara Fironlar kimi tanınan padşahlar silsiləsini yaratdılar.

Kuşilərin paytaxtı Napatadan idarə olunur. Əvvəlki fironların zəngin məzarlarından ilham alaraq, eyni şəkildə dəfn edilməsini tələb edən Kuşi kralları piramidalar tikdirmyə başladılar.

Kuşilər Misir üzərində nəzarəti itirdikdən sonra Nubianın öz küncünə geri çəkilib, nəticədə Meroedə yeni paytaxt qurdular. Məhz burada Nubiya piramidalarının böyük əksəriyyətinə rast gəlmək olar, qədim şəhərin nekropolunda eramızdan əvvəl III əsrə aid 200-ə yaxın piramida tapılıb.

Kuşi Krallığı eramızın dördüncü əsrinə qədər çiçəklənməyə davam edib, Roma ordusu və qonşu Axum krallığı ilə münaqişələrdən sonra məhv olub. 1830-cu illərdə bu qədim sivilizasiya məzar soyğunçusu Cüzeppe Ferlininin tapdığı artefaktlar sayəsində yenidən kəşf edilib.

O, Nubiya piramidalarına az hörmət göstərdi: onları qarət edərək, böyük ziyan vurub və bir çox qədim tikililəri acınacaqlı vəziyyətdə qoyub. Meroe piramidalarının bəziləri o vaxtdan bərpa olunsa da, abidələrin əksəriyyəti dağılmağa davam edir.

Tədricən parçalanma, dağılma prosesi Sudanın çoxsaylı son vətəndaş müharibələri ilə  daha da sürətlənib. 1950-ci illərdən bəri davam edən münaqişələr turizmə və tarixi abilələrə böyük zərbə vurub.

Beləliklə, Misir piramidaları hər il milyonlarla ziyarətçi qəbul edərək dünyanın ən hörmətli və qorunan qədim möcüzələri arasında öz layiqli yerini tutarkən, Nubiya piramidaları diqqətdən kənarda qalıb və unudulub.

Populyar bir nəzəriyyəyə görə, onlar daşları yuxarıya qaldırmaq üçün iplər və xizəklər sistemindən istifadə edərək, piramida aşağıdan yuxarıya, lay-lay tikilirdi.

Yeni araşdırmalar göstərir ki, Misirdəki ən qədim piramida olan Djoser Piramidası 4700 il əvvəl daha da təkmil “hidravlik lift”dən istifadə edilməklə tikilib.

Chosen
26
1
medianews.az

2Sources