Markus Reşford tezliklə iş yerini dəyişə bilər.
“The Guardian” qəzetinin yazdığına görə, “Mançester Yunayted” rəhbərliyi onu gələn ilin yanvarında satmaq istəyir. “Sky Sports”un məlumatında isə top-klubların ingilis hücumçunun xidmətində maraqlı olmadığı bildirilib. Buna səbəb kimi Reşfordun hazırkı forması, yüksək məvacib alması və meydandan kənardakı davranışları göstərilir.
Markus bu mövsüm MY-nin formasında meydana çıxdığı 24 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.