EN

Səudiyyə Ərəbistanı Almaniyanı 3 dəfə XƏBƏRDAR EDİB

Səudiyyə Ərəbistanı Almaniyanı üç dəfə terror təhlükəsi barədə xəbərdar edib.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı məlumat yayıb. 

Qeyd olunub ki, Səudiyyə Ərəbistanı hakimiyyəti ən azı üç dəfə Almaniyanın hüquq-mühafizə orqanlarına Talib Əbdülmöhsün adlı şəxs barədə məlumat verib. Bu şəxs Almaniyanın Maqdeburq şəhərində Milad bazarının ziyarətçilərinə qarşı avtomobillə hücum edərək terror aktı törədib.

Səudiyyə tərəfi bildirib ki, Əbdülmöhsünün radikal qruplaşmalarla əlaqəsi ola biləcəyinə dair ciddi sübutlar mövcuddur. Onlar Almaniya hüquq-mühafizə orqanlarını təhlükənin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb. Lakin məlum olub ki, xəbərdarlıqlara baxmayaraq, həmin şəxs nəzarət altına alınmayıb və nəticədə faciə baş verib.

Musavat.com

Chosen
39
3
musavat.com

10Sources