EN

"Bu maşına nifrət edirəm" — Çin avtomobili sahibini yarıyolda qoydu

Çin istehsalı olan elektrik avtomobilinin növbəti qurbanı tanınmış qrafik-dizayner Tural Məmmədzadə olub.


Demokrat.az xəbər verir ki, onun “XPENG Azərbaycan” şirkətindən yüksək məbləğdə pul verib aldığı sıfır kilomterlik “XPENG G9” model avtomobil sahibini yarıyolda qoyub.

Tural Məmmədzadə etdiyi paylaşımda bildirib ki, maşını alarkən verilən vədlərin heç biri yerinə yetirilməyib: 

"Avtomobili çox bəyənərək almışdım. Maşın artıq 7200 kilometrdədir və bu maşına nifrət edirəm. Maşın haradasa təqribi olaraq bir ay əvvəl "Performance limited" erroru verməyə başladı. Mənə əvvəlcədən maşının bütün ehtiyyat hissələrinin  hazırda anbarda olduğu bildirilmişdi. Daha sonra öyrəndim ki, bu ehtiyat hissəsi yoxdur. Çindən sifarişlə gələcək".

Onun sözlərinə görə, problemin üzərindən 30 gün vaxt keçsə də, məsələ öz həllini həllini tapmayıb. 

Məsələ ilə bağlı “XPENG” brendinin regionda rəsmi distribütoru olan “SR Elektro motors” MMC-nin baş direktoru Aynur Xankişiyeva isə bildirib ki, heç bir müştəri ehtiyat hissəsinə görə iki gündən artıq gözləməyib:


"Avtomobildə yaranan problemin "XPENG" təcrübəsində rast gəlinməməsi səbəbindən sözü gedən ehtiyat hissəsi  əvvəlcədən alınmayıb. Avtomobil üçün ehtiyat hissələrinin təhlükəsiz yük olaraq qeydiyyatdan keçirilməsi müəyyən vaxt tələb edir. 23 dekabr tarixində ölkəmiz üçün yenilənmə təmin ediləcək. Həmin tarixdən sonra verilən vədlər sıra ilə yerinə yetiriləcək".
Chosen
2
4
yenilik.az

5Sources