1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Suriyanın müxtəlif silahlı qrupları ölkənin Müdafiə Nazirliyinin nəzarəti altında bir strukturda birləşdiriləcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Dəməşqin yeni hakimiyyətinin başçısı, Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan Əhməd əl-Şaraa deyib.
Əl-Şaraa silahlı qruplaşmaların liderləri ilə görüşüb və onlarla Prezident Bəşər Əsədin devrilməsindən sonra Suriya ordusunun yeni formatını müzakirə edib.