EN

10 minə arvad alan azərbaycanlı MƏHKƏMƏLİK OLDU 

Rusiyanın Tula vilayətinin Kireyevski rayon sakini azərbaycanlı ilə qondarma ailə qurub.
 
Prokurorluq miqrasiya qanunvericiliyinin tələblərinə əməl olunmasını yoxlayıb.
 
Müəyyən edildiyi kimi, qadın 10 min rubl müqabilində Azərbaycan Respublikası vətəndaşı ilə nikahın rəsmiləşdirilməsinə razılıq verib. Bunun sayəsində o, Rusiya vətəndaşlığını ala bilib.
 
Prokurorluq nikahın etibarsız sayılması ilə bağlı iddia qaldırıb və bu təmin edilib.
 
Nikah şəhadətnaməsi ləğv edilə bilər. Məhkəmə qərarı azərbaycanlı barəsində kompleks tədbirlərin görülməsi üçün miqrasiya nəzarəti orqanlarına göndərilib. (lent.az)
Chosen
5
15
moderator.az

10Sources