Saşa Boe növbəti bəxtsizliklə üzləşib. “Bavariya”nın sağ cinah müdafiəçisi yenidən zədə alıb.
Almaniya klubunun mətbuat xidmətinin məlumatına görə, 24 yaşlı futbolçu məşq zamanı sol topuğundan zədə alıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil. Xatırladaq ki, Saşa sonuncu zədəsini noyabr ayında sağaltmışdı.
O, “Bavariya”ya bu ilin yanvarında “Qalatasaray”dan 30 milyon avroya keçib. Boe indiyədək münhenlilərin heyətində 10 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə edib.