EN

“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçilib

Bakı, 22 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə dekabrın 16-22-ni əhatə edən “Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllı və Qəbələ şəhərlərində Regional İnkişaf və Karyera Mərkəzlərində 60-a yaxın gənc üçün “Media savadlılığı” mövzusunda təlim keçilib.

Agentliyin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin əməkdaşı Aynur Zeynallı düzgün mənbələrin müəyyən edilməsi, media məzmununa sorğulayıcı yanaşma bacarıqlarının inkişafı və yanlış informasiyanı tanımaq üçün istifadə olunan üsullarla bağlı ətraflı məlumat verib.

Sonda “Media Savadlılığı” mövzusunda keçirilən testin qalibləri mükafatlandırılıb.

Chosen
25
7
azertag.az

10Sources