EN

Bakı və Azərbaycanın Yepiskopu Xaçmazda - FOTO

Bakı və Azərbaycanın Yepiskopu Aleksi bu gün Xaçmaz şəhərindəki Provoslav kilsəsində olub.

Bizim.Media xəbər verir ki, burada keçirilən mərasimdə dualar edən Yepiskop Aleksi çıxışında Azərbaycanın tolerant ölkə kimi dünyada tanındığından, Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğundan danışıb.

Yepiskop bütün din adamları kimi xristianların da Şimal bölgəsində dini azadlığının təmin edilməsinə xüsusi önəm verildiyini deyib.

Xaçmaz icra hakimiyyətinin məsul əməkdaşı Ceyhun Musayev isə rayonda bütün millət və milli azlıqların mehriban ailə şəraitində yaşadıqlarını, dini sahədə də heç bir ayrı-seçkilik olmadığını qeyd edib.

Tədbirə qatılan Xaçmaz rayonunun qazisi, Xaçmaz şəhər məscidinin sədri Yaşar Rzayev Yepiskop Aleksini şimal bölgəsində görməyindən məmnun olduğunu bildirib.

Şimal bölgəsindəki kazak icmasının rəhbəri Sergey Kazakov təşkilatı barədə Yepiskop Aleksiyə məlumat verib.



















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
23
1
bizim.media

2Sources