EN

ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxa bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyası Birləşmiş Ştatların Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) tez bir zamanda çıxmasında israrlıdır.
Oxu.Az-ın "Financial Times"a istinadən verdiyi xəbərə görə, Trampın ətrafı ölkənin təşkilatdan çıxmağını yanvarın 20-də inauqurasiya günü elan etməyi planlaşdırır.
Ekspertlər ABŞ-nin qurumu tərk etmək planını qlobal sağlamlıq üçün "fəlakətli" adlandırıblar, çünki ölkə ÜST-nin ən böyük donorudur.
Son illərdə Vaşinqton qurumun maliyyəsinin təxminən 16%-ni təmin edib.
Xatırladaq ki, Tramp 2020-ci ilin yayında ilk prezidentlik müddətində ABŞ-nin ÜST-dən çıxması prosesinə artıq start vermişdi. O, təşkilatı Çinin maraqlarına xidmət etməkdə və koronavirusun yayılması səbəbindən müvafiq tədbirlərin görülməməsində ittiham etmişdi. Rəsmi olaraq ABŞ 2021-ci ilin iyulunda təşkilatı tərk etməli idi, lakin Co Bayden prezidentliyinin ilk günündə Trampın sərəncamını ləğv etmişdi.
Chosen
32
50
oxu.az

10Sources