EN

"Ay yaramaz, sən nə bilirsən haqq nədir, ədalət nədir?!"

"Əli Kərimli adında qolçomaq, simasını itirmiş naxələf yenə də öz ampluasındadır və Azərbaycana dil uzadan, ölkəmizdə təxribatlar törətmək istəyən qüvvələrin nökərlərini, casuslarını müdafiə edir. Üstəlik, AXCP sədri unudur ki, vətənə xəyanət fədakarlıq deyil, rəzillikdir, xaricdən gələn tezislərlə, maliyyə ilə öz dövlətinin üzərinə hücum çəkmək jurnalistika deyil, alçaqlıqdır, şərəfsizlikdir!".

 

Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin üzvü Elşən Musayev söyləyib.

"Ay yaramaz, sən nə bilirsən haqq nədir, hüquq nədir, ədalət nədir?

Öz liderini satan, hər cür namərdliyə, nakişiliyə imza atan, şəxsi maraqların üçün bütün mənəvi dəyərləri tapdalayıb keçəcək adamsan. İndi sənin kimi riyakaramı qaldı kiminsə vəkilliyini eləmək?

Nəhayət, Kərimli buyurub ki, həbsdə olan filankəsin (ad çəkib) əli qara qəpiyə də dəyməyib və mən ona cavabdehəm!

Sən - öz ağlına, sözünə, addımına cavabdehlik daşıya bilmirsən, ətrafdakılara necə cavabdeh olacaqsan, ay sərsəm?!

Belədə ki, qara qəpiyə toxunmağa heç ehtiyacınız da yoxdur. Birincisi ona görə ki, siz pulu qəpiklə yox, kağızla ya da bitkoinlə alırsız. İkincisi də ki, pul birbaşa karta oturur, ordan da bala-bala xərclənir. Toxunmağa nə gərək var?"- deyə Partiya sədri fikirlərinə davam edib.

Chosen
9
ulusum.az

1Sources