EN

Makron dostlarına belə xəyanət edib – “Le Monde”dən tarixi faktlar

Dekabrın 20-də Fransanın məşhur “Le Monde” qəzetində “Emmanuel Makron, güc haqqında müəyyən bir fikir” adlı məqalənin 2-ci hissəsi işıq üzü görüb.

Musavat.com xəbər verir ki, məqalədə Makron və onun yaxın çevrəsi ilə bağlı maraqlı məqamlar qeyd edilib.

Məqalədə Emmanuel Makronun riyarkar və yalançı olduğu faktlarla göstərilir. Bildirilir ki, onun üçün sözün hansısa bir dəyəri yoxdur. Məsələn, Makron bu gün dediyi sözü sabah təkzib edə və tamamilə əks fikir bildirə bilər.

Məqalənin müəllifi bununla bağlı bir neçə məqama diqqət çəkib. Qeyd edib ki, hələ 2014-cü ilin dekabrında Fransanın iqtisadiyyat naziri təyin olunmuş E.Makron “start-ap”çılar və böyük şirkətlərin rəhbərləri qarşısında çıxış edərkən bildirb ki, sosialistdir və bunu qəbul edir. Lakin heç 2 il keçməmiş, 2016-cı ilin avqustunda Puy du Fou attraksion meydançasında tamamilə zidd fikir səsləndirib. Deyib ki, sosialist deyil.

Göründüyü kimi, Makron öz maraqları naminə özü-özünü təkzib edir.

Qəzet digər nünunələri də çəkərək bildirir ki, Emmanuel Makron vəd edirdi ki, yaşlıları deyil, gəncləri vəzifəyə gətirəcək. Lakin Milli Assambleyanın buraxılmasından sonra 73 yaşlı iki baş nazir təyin etdi.
Fransanın 24-cü prezidenti Fransua Olland da etiraf edir ki, “Emmanuel Makron yalan danışandır”.

Qəzet yazır ki, Makron hakimiyyətə gəlməmişdən öncə ona dəstək göstərəcək nüfuzlu şəxslərlə yaxınlıq edirdi. Onlardan biri də keçmiş baş nazir Maykl Rokard olub. Çünki Rokard həm sol, həm də sağ siyasi düşərgələrdə bəyənilirdi. Makron isə həm sağçıların, həm də solçuların dəstəyini qazanmaq istəyirdi. Buna görə də o, televiziyada sol siyasi düşərgə ilə bağlı deyirdi: “bu mənim mədəniyyətimdir, mənşəyimdir, ailəvi tariximdir”. Lakin görüşlərdə əksini söyləyirdi.

Maraqlı məqam odur ki, 2016-cı ildə Rokard vəfat edərkən Makron onun dəfninə belə getmədi və həyat yoldaşına başsağlığı vermədi.

Emmanuel Makronun sabiq prezident Nikolya Sarkoziyə münasibətində də ikiüzülük var idi. O, 2015-ci ildə “Le Monde”yə açıqlamasında Sarkozini bəyənmədiyini bildirmişdi.

Həmin dövrdə hər ikisi bir-birinə nifrət edirdi. N.Sarkozi E.Makron barəsində “Makron, bizim təlxək olan nazirimiz” deyirdi. Lakin siyasət müəyyən dəyişiklər tələb edir. Makronun mərkəz sağçıların dəstəyinə ehtiyacı yarandı və Nikolya Sarkozini Yelisey sarayında qəbul etməyə başladı. Sarkozi yaxın ətrafına deyir ki, “Makronu anlamaq olmur. Biz onunla 2 saat vaxt keçiririk və sonda bilmirik kiminlə danışdıq”.

Qəzet yazır ki, Emmanuel Makron hakimiyyətə gələrkən verdiyi vədlərin heç birini tutmadı.

Makron çıxışında deyirdi: “Qəmərlilər, italyanlar, əlcəzairlilər, mərakeşlilər, tunislilər, malililər, seneqallılar və burada mən digərlərini də qeyd edə bilərəm. Lakin mən burda nə görürəm? Fransızları!”...

2019-cu ildə isə Emmanuel Makron immiqrasiya haqqında problem, qorxu yaradan bir çağırış kimi danışır. Bundan sonra onu dəstəkləyən bir çox miqrant aldadıldığını başa düşür.

Makronun bu sözlərinə cavab olaraq, onun siyasi elmlər üzrə müəllimi Fransua Dosse “Le Monde”də sərt məqalə dərc etdirir. Qəzəbli Makron isə müəlliminə 7 səhifəlik cavab məktubu yazır.

Göründüyü kimi, Makron təkcə dostlarına deyil, bütün xalqa xəyanət edib.

Şahanə Rəhimli
Musavat.com

Chosen
22
musavat.com

1Sources