EN

Ayxan Abbasov "Sabah" üzərində qələbədən sonra nə danışdı?

Misli Premyer Liqasının 18-ci turunda öz meydanında "Sabah"ı 3:1 hesabı ilə məğlub edən "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 43 yaşlı mütəxəssis belə danışıb:

"Önəmli qələbə idi. Son 4 oyunda qalib gəlməsək də, oyunumuzdan razı idim. Yaxşı mübarizə apardıq. Çox sayda qol epizodu yaratdıq. Gənclərin inamlı təsir bağışlaması sevindirici haldır. Həqiqətən son görüşlərdə inkişafda olduqları hiss edilir.

İki həftə vaxtımız var. Bakıda hazırlaşacağıq. Artıq iki sınaq oyunumuz da bəllidir. "Zirə" və "Sabah"la oynayacağıq. Bundan sonra daha çətin olacaq. 

Berezutskini məğlub edən ilk məşqçiyəm? Belə şeylərə xüsusi fikir vermirəm. Bizim çempionat çətin çempionatdır. Onun "Sabah"a fayda verə biləcəyini düşünürəm".

Nihat

Chosen
13
fanat.az

1Sources