EN

Xamenei İsraili məhv etməklə hədələyib

İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrailin məhv ediləcəyini bir daha bəyan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Xameneinin mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, bu, İranın “Müqavimət oxu”nun iştirakı ilə baş verəcək.

“İranın bölgədə öz müvəkkil qüvvələri yoxdur, "Hizbullah", "HƏMAS" və İslami Cihad öz inancları üçün mübarizə aparır və bizdən heç bir dəstək almır.
Yəmən, İraq, Livan, Fələstin və Suriyanın igidləri sionist rejimə (İsrail nəzərdə tutulur) qarşı çıxırlar. Biz də mübarizəni davam etdirəcəyik və bu rejimi məhv edəcəyik”, - o deyib.

Chosen
38
4
ucnoqta.az

5Sources