EN

Qarşıdakı günlərdə baş məşqçini dəyişsələr…

«Sumqayıt»ın Samir Abasovun gedişindən sonra Premyer Liqada topladığı xal sayı 13-dür.

Bu, çıxış deməkdir.

Vaqif Cavadovla uğursuzluq zolağını arxada qoyublar.

Dünya bir-birinə dəyməsə, «Sumqayıt» turnir cədvəlinin «zirzəmi»sinə enməyəcək, çempionatda qalıb-qalmamaq ağrısı çəkməyəcək.

Cavadovu qarşıdakı günlərdə bir başqasıyla əvəzləmək risk olar. Rəhbərliyin hazırkı məqamda belə bir riskə gedəcəyinə inanmaq çətindir.

Yağışdan çıxıb, yağmura yaxalanarlar. Hər halda Cavadov nəbzi tutub, komandanı Abasovun dönəmindən daha yaxşı vəziyyətə gətirib.

Bu heyətin tamamını qorumaq gərəkmir artıq. Yamaq kimi görsənən üç-dörd legioner var, onları göndərib, eyni sayda nisbətən səviyyəli əcnəbi tapsalar, «Sumqayıt» turnir cədvəlində bir balaca yuxarı da dırmanar.

«Kəpəz»lə qarşılaşma bəzi «ipucular» verdi. Qol epizodlarından istifadə faizi minimaldır.

Mərkəz hücumçusu və pleymeker Cavadova hava və su kimi vacibdir. Kamran Quliyevlə hər dağı aşmaq, hər oyunu udmaq mümkün deyil.

Eləcə də Rəhim Sadıxovla.

Adam adicə ova gedəndə, fikirləşir ki, mən kimi özümlə götürüm, heç olmasa, əl-ayağıma dolaşmasın. Nə Kamran odur, nə də Rəhim.

ELXAN

Chosen
14
sportinfo.az

1Sources